Accessibility links

Vladimir Putinin partiyası parlament seçkilərinin qalibi oldu


Rusiya prezidenti Vladimir Putinin başçılıq etdiyi partiya parlament seçkilərində qalib gəlib. Bu, prezidentə vəzifəsindən istefa verdikdən sonra belə Rusiya siyasətində təsirini davam etdirməyə imkan verəcək. Bu gün seçki kommissiyasının verdiyi məlumata görə, "Vahid Rusiya" partiyası səslərin 64%-ni toplayaraq, irəli çıxmışdır. Kommunist Partiyası isə 12% səs toplayıb. Kremlyönümlü partiyalar olan "Liberal - Demokrat" və "Ədalətli Rusiya" partiyaları Dumanın Aşağı Palatasında yer almaq üçün kifayət qədər səs toplaya biliblər.

Monitorinqdə iştirak edən Avropanın Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının nümayəndələri isə səsvermənin ədalətli keçirilmədiyini və beynəlxalq standartlara uyğun olmadığını demişlər. Nümayəndələr prezidentin başçılıq etdiyi partiyanın seçkilərin leqitimliyinə zərbə endirdiyini bildiriblər.

XS
SM
MD
LG