Accessibility links

Viktor Yuşçenko: Şərqi Donetsk vilayətindəki şaxtalar bağlanmalıdır


Ukrayna prezidenti deyib ki, şərqi Donetsk vilayətindəki şaxtalar bağlanmalıdır. O, bu bəyanatı ötən iki həftə ərzində üç şaxta partlayışının 106 adamın ölümünə bais olmasından sonra verib. Viktor Yuşçenkonun idarəsi baş nazir Viktor Yanukoviçə Zasyadko şaxtasını bağlamaq haqda göstəriş verib.

Son insident zamanı 5 fəhlə ölmüş, 66 adam yaralanmışdır. Rəsmilər deyirlər ki, qəza bazar günü 44 fəhlənin yaralandığı hadisədən bir gün sonra baş verib. Noybarın 18-də 101 adamın ölümü ilə nəticələnən qəza yerindən hələ də 10 cəsəd tapılmayılb.

XS
SM
MD
LG