Accessibility links

İran nüvə silahları proqramlarını 4 il əvvəl dayandırıb


Beynəlxalq Atom Enerji Agentliyi - MAQATE bildirir ki, ABŞ kəşfiyyatının yeni hesabatında İranın gizli nüvə silahları proqramını 4 il əvvəl dayandırdığı deyilir. MAQATE rəsmisinin sözlərinə görə, bu hesabat BMT agentliyinin illərdir dediyini təsdiq edir. Agentliyin bəyənatında deyilirdi ki, müfəttişlər orada heç bir gizli nüvə proqramı aşkar etməyib və danışıqları dayandırmaq üçün heç bir təhlükəli şərait yoxdur. Bu gün İranın xarici işlər naziri Manuçehr Mottəki ABŞ-ın yeni hesabatını alqışlayıb və bunun İranın fəaliyyətlərinin qaranlıq görüntüsünə aydınlıq gətirdiyini deyib. Ölkənin digər rəsmiləri də hesabatın İranın nüvə proqramını yalnız dinc məqsədlərlə davam etdirdiyini söyləməsini təsdiq etdiyini bildiriblər.

XS
SM
MD
LG