Accessibility links

Əfqanıstanda intihar hücumları artmaqdadır


Kabildə sərnişin avtobusunda baş verən intiharçı hücumu nəticəsində azı 13 nəfər ölüb. Bu, son bir neçə gün ərzində ikinci intihar hücumudur. Hücum Birləşmiş Ştatlarım müdafiə naziri Roberet Geytsin ölkəyə iki günlük səfərindən soraya təsadüf edir və hücumların məsuliyyətini Taliban qrupu öz üzərinə götürüb. Rəsmilər deyirlər ki, bugünkü hücumda ölənlərdən 6-ı əsgər, 7 nəfər isə mülki vətəndaş olub.

Son zamanlar yaraqlıların avtobuslarda həyata keçirdikləri hücumların məqsədi hökumət işçilərini və hərbiçiləri hədəf almaqdır. Taliban qrupu dünən həyata keçirilən və 22 nəfərin yaralanmasına səbəb olan intiharçı hücumunun da məsuliyyətini üzərinə götürüb.

XS
SM
MD
LG