Accessibility links

Amerikanın bəzi ştatlarında şiddətli qasırğalar davam edir


Amerikanın Vaşinqton ştatında bir neçə gün davam edən şiddətli qaırğa səbəbi ilə evlərə ziyan dəymiş, yollar su altında qalmış, ağaclar sınmışdır. Güclü yağışlar və külək səbəbi ilə insanlar evakuasiya edilmiş, 5 nəfər həlak olmuşdur. Evakuasiya məqsədi ilə Vaşiqnton ştatının polisi kiçik qayıqlardan istifadə edib. Bu bölgədə on minlərlə adamın işıqsız qaldığı bildirilir.

Minnisota ştatında isə güclü qar nəqliyyatın hərəkətini normal müddətdən üç dəfə uzadıb. Onlarla avtomobil qəzası qeydə alınıb.

XS
SM
MD
LG