Accessibility links

OPEK ölkələrinin nazirləri Abu-Dabidə görüşüb


Neft İxrac Edən Ölkələr Təşkilatı – OPEK yanacağın istehsalını olduğu səviyyədə saxlamaq qərarına gəlib. 13 dövlətin daxil olduğu qrupun üzvləri bu gün Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində nazirlər səviyyəsində keçirilən görüşdə bu barədə qərar qəbul edib. Nazirlər təşkilatın hazırkı qlobal tələbatı kifayət qədər ödəyə bildiyini dəyərək qəbul etdikləri qərara haqq qazandırıblar. Birləşmiş Ştatlar kimi bəzi neft islehlakçıları sürətlə artan neft qiymətləri səbəbilə OPEK-ə istehsalın həcmini çoxaltmaq üçün təzyiq göstərir. Neftin bir bareli noyabrın 21-də 99 dollardan yuxarı qalxmışdı. Ancaq keçən həftə qiymət 10 dollar açağı düşüb. OPEK nazairləri bugünkü qərarı nəzərdən keçirmək üçün gələn il fevralın 1-də yenidən görüşməyə razılıq veriblər.

XS
SM
MD
LG