Accessibility links

Koalisiya qüvvələri Əfqanıstanda Musa Qalanı geri almağa hazırlaşır


Əfqan və xarici qüvvələr Taliban yaraqlılarının nəzarəti altında olan Əfqanıstanın Musa Qala şəhərini geri almağa hazırlaşırlar. Əfqanıstanın müdafiə nazirliyinin sözçüsü general Məhəmməd Zahir Əziminin sözlərinə görə, təhlükəsizlik qüvvələri cənubdakı Helmənd vilayətinin Musa Qala şəhəri yaxınlığında əməliyyatlara başlayır. Taliban yaraqlıları fevral ayından Musa Qalaya nəzarət edirlər. Nəzərət onların əlinə Böyük Britaniya qoşunlarının geri çəkilməsi və təhlükəsizlik məsuliyyətini yerli orqanlara verməsindən sonra keçib. Taliban Musa Qalanın müdafiəsi üçün 2 mindən çox silahlının hazır vəziyyətdə olduğunu deyib.

XS
SM
MD
LG