Accessibility links

Qara qızılın (neftin) tarixçəsi - 1


Bir barelinin təxminən yüz dollara qalxması, neftin qısa tarixçəsini sizlərə çatdırmaq üçün yaxşı zamandır. Neft qədim vaxtlardan vacib olub. Yunan tarixçisi Herodot deyirdi ki, hazırkı İraq ərazisində olan qədim Babil şəhərində neftdən yollar və binaların inşasında qatran kimi istifadə edirdilər. Latın dilindən tərcümədə “Petroleum” sözünün mənası qaya yanacağı deməkdir. Neft mədən yanacağıdır. Bu maye milyon illər öncə məhv olan heyvan və bitki qalıqlarından meydana gəlir. Qalıqlar bu illər ərzində yüksək təzyiq altında süxurların dərin aşağı qatında qalıb.

Bu geoloji proses hidrogen və karbonun kompleks molekullarından yaranıb. Yanacaq həmçinin başqa elementlərdən də ibarət ola bilər. Xam neft və ya emal edilməmiş petrol çoxlu sulfur qatışığından ibarət olanda ona turşu deyirlər. Turş xam nefti tərkibində daha az sulfur olan və nəticə etibarı ilə dəyərli olan şirin neftdən daha çox saflaşdırmaq lazımdır.

Neftin müasir tarixi 18-ci əsrin ortalarından başlayıb. O vaxt petroldan kerosin hazırlanması aşkar olunub. Bu növ yanacaq istilikdə və işıqlandırmada daha çox istifadə edilib. Edvin Dreyk ilk dəfə Amerikada Pensilvaniya ştatının Titusvil şəhəri yaxınlığında 1859-cu ildə burğu vasitəsilə neft aşkar edib.

1860-cı illərin əvvəllərində isə Con Rokfeller neft biznesinə daxil oldu. Rokfeller və həmkarları istehsalın bütün səviyyələrinə nəzarətin qüdrətini başa düşdülər. 1870-ci ildə isə Rokfeller və partnyorları Standart Oil şirkətini yaratdı. Standart Oil və başqa şirkətlər neftin çıxarılmasından tutmuş, neftin ayrılması, daşınması və satışına kimi bütün istehsal səviyyələrinə sahib oldular. Ancaq Standart Oil genişlənmək cəhdləri zamanı kiçik rəqiblərini əzməkdə tənqid edilirdi. Sonda ABŞ-ın Ali məhkəməsi 1911-ci ildə şirkətin güclü bazar mövqeyinə malik olmaqla inhisarçılığa qarşı qaydalara riayət etmədiyi barədə hökm çıxardı. Həmin hökmlə Standart Oil 34 azad şirkətə bölündü.

Bu gün Ekson Mobil, KonokoFilips və Şevron Standart Oil-un bölünməsindən sonra yaranan şirkətlərin bəziləridir. Onlar hazırda dünyanın ən böyük ticarət şirkətləri arasındadırlar.

XS
SM
MD
LG