Accessibility links

ABŞ-da Demokrat və Respublikaçı namizədlər arasında  kampaniya hücumları intensivləşir


Prezidentlik üçün partiya namizədlərini seçəcək proses yanvarın 3-də Ayovada başlayır və hər iki partiyada namizədlik müharibəsi qızışır.

Demokratlar tərəfdə Ayovada 3 başlıca qüvvə mübarizə aparır. Onlar Nyu-York senatoru Hillary Klinton, İllinoysdan olan senator Barak Obama və Şimali Karolinadan sabiq senator Con Edvardsdır. Səsvermə yaxınlaşdıqca, namizədlər bir-birilərinin tənqidini sərtləşdirirlər. Con Edvards Nyu Hempşirdə təbliğat kampaniyası zamanı aqressiv olduğunu etiraf edib: “Əlbəttə. Mən aqressivəm. Və belə olmağımdan utanmıram. Bizim Ağ Evdə döyüşçüyə ehtiyacımız var”.

Hillari Klinton CBS Nyuza bildirib ki, Demokrat rəqibləri ilə mübarizə aparmağa hazırdır. Ümumi ictimai rəy sorğularında Klinton öndə getsə də, Ayovada aparılan son sorğu Barak Obamanın orada irəlidə olduğunu göstərir. Sorğulara görə, Obama həmçinin seçkilərin Ayovadan 5 gün sonra keçiriləcəyi Nyu Hempşirdə də liderlik edir.

Respublikaçılar partiyasının namizədliyi uğrunda da güclü təbliğat kampaniyası aparılır. İctimai rəy sorğuları göstərir ki, Nyu-Yorkun sabiq meri Rudi Culiani bu sahədə liderliyə malikdir. Ancaq Massaçusetsin keçmiş qubernatoru Mit Romni Ayovada və Nyu Hempşirdə güclü namizəd olmaqda davam edir. İki namizəd arasında mübarizə sürətlə artır. Romni bir müddət əvvəl Gulianinin Nyu Yorkun meri olan zaman iqtisadi hesabatlarından danışıb: “O gedəndə, orada iki büdcə boşluğu qoydu.” Buna cavabında isə Guliani Romnini Massaçusetsdəki cinayətlə mübarizə göstəricilərinə görə tənqid edib: “O, həmişə pis göstəriciyə malik olub”.

Romni və Culiani arasında gedən qızğın mübarizə Respublikaçıların digər namizədlərinin bəzilərinə seçkilər keçiriləcək ilk ştatlarda reytinq toplamağa imkan verir. Bunlara Arizonadan senator Con MakKeyn, Arkansasın sabiq qubernatoru Mayk Hakabi və Tennesidən keçmiş senator Fred Tompson daxildir.

Virciniya Universitetindən siyasi analitik Larri Sabatonun sözlərə görə, Respublikaçı namizədlər yalnız bir şeylə razıdırlar ki, Hilari Klinton Demokratların namizədi olacağı təqdirdə onunla güclü mübarizə qaçılmaz olacaq.

Zoqbinin keçirdiyi son sorğu xanım Hillarinin Respublikaçılar arasında reytinqini itirdiyini göstərir. Buna baxmayaraq, son sorğuya əsasən, Klinton Respublikaçıların beş əsas namizədindən öndə gedir.

XS
SM
MD
LG