Accessibility links

İraqda Babil vilayətinin polis rəisi öldürülüb


İraqda yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində Babil vilayətinin polis rəisi həlak olub. Rəsmilər deyirlər ki, Babilin paytaxtı Hilla yaxınlığındakı hücum zamanı general-mayor Qais əl-Mamuri və onun iki mühafizəçisi ölüb. Yaraqlılar son zamanlar ölkənin polis rəislərini hədəfə alırlar. Avqust ayında Divaniyyə vilayətinin polis rəisi öldürülmüşdü. Bu gün səhər Beyci şəhərində bomba yüklü avtomobilin partlaması nəticəsində 2 İraq əsgəri nəzarət məntəqəsi yaxınlığında həlak olub. Dünən polis binası yaxınlığında baş verən oxşar hadisə isə 8 nəfərin həyatına son qoymuşdu. Yaraqlılar son günlərdə İraqın şimalında ağır hücumlar həyata keçirirlər. Hədəfə alınanlar isə əsasən İraq təhlükəsizlik qüvvələri və Əl Qaidə əleyhinə olan hərbi qruplaşmalardır.

XS
SM
MD
LG