Accessibility links

Cənubi Koreya Şimala 5 min ton polad material verir


Cənubi Koreya rəsmilərinin sözlərinə görə, rəsmi Seul Şimali Koreyanın nüvə proqramlarının ləğvi müqabilində söz verdiyi yardımların bir hissəsi kimi ölkəyə 5 min ton polad material verəcək. Yardım ilk növbədə dekabrın 17-də Şimalın Nampo limanına çatdırılacaq. Qeyd edək ki, Şimali Koreya ilin sonuna kimi nüvə reaktorunun tam ləğvi, və nüvə proqramı ilə bağlı bütün hesabatları açıqlamaq əvəzində ABŞ, Cənubi Koreya, Çin, Rusiya və Yaponiyadan iqtisadi və enerji yardımı vədi alıb. Sövdələşməyə əsasən Birləşmiş Ştatlar, Cənubi Koreya, Çin və Rusiya rəsmi Pxenyana 500 min ton neft yanacağı verməlidir.
XS
SM
MD
LG