Accessibility links

Nobel Sülh mükafatının  təqdimat mərasimi keçirildi


ABŞ-ın sabiq vitse-prezidenti Al Qor və BMT-nin Hökumətlərarası İqlim Dəyişikliyi Paneli bu gün Oslo şəhərində Nobel Sülh mükafatını qəbul edib. Al Qor bu mükafatı panelin 2500 üzvü ilə bölüşür. Mərasimdə etdiyi çıxşı zamanı sabiq vitse-prezident iqlim dəyişikliyinin təhlükəsindən danışmış, insanların Yer Kürəsinə müharibə elan etdiklərini demişdir. Cənab Gor bu həftə Balidə təşkil edilən iqlim dəyişikliyi konfransına qatılmalıdır. Onun dünya liderlərini 2010-cu ilədək istixanə qazlarının azaldılması tələblərini qarşılamaşa çağıracağı gözlənilir.

XS
SM
MD
LG