Accessibility links

Vaşinqtonda Azərbaycan-Türkiyə-ABŞ əməkdaşlığına dair konfrans işini bitirdi


Konfransı açan Hadson institutunda Avrasiya siyasəti mərkəzinin direktoru Zeyno Baran bildirdi ki, Vaşinqtonda Azərbaycan və Türkiyə arasında münasibətlərin dərinliyi və dəyəri indiyə qədər kifayət qədər başa düşülmür. Onun sözlərinə görə, bir millət iki dövlət prinsipinin mənasını hələ də tam baş düşülmür. Zeyno Baran qeyd etdi ki, regionun qarşısında duran əsas məsələ həll olmamış münaqişələrin mövcud olmasıdır.

Azərbaycan-Türkiyə iş Birliyinin İdarə heyətinin sədri Əhməd Erentok ABŞ-da erməni diasporu və erməni lobbisinin fəaliyyətlərindən danışaraq, bunun regionun inkişafına mənfi təsirini göstərdi.

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Yaşar Əliyev və Türkiyənin ABŞ-dakı səfiri Nəbi Şensoy Birləşmiş Ştatlar Konqresində erməni lonbbisinin fəaliyyətləri nəticəsində qəbul edilmiş qərarları qeyd edərək, Azadlığlı müdafiə aktına 907-ci düzəlişi və ermənilərin iddia etdiyi soyqırıma dair qətnaməni göstərdilər.
Yaşar Əliyev 907-ci düzəlişi ikitərəfli münasibətlərin inkşafında mane kimi qiymətləndirdiyini dedi.

Azərbaycan Xarici işlər nazirinin müavini, Azərbaycanın ABŞ-da keçmiş səfiri Hafiz Paşayev bildirdi ki, Azərbaycan və Türkiyə haqda məlumatların Amerika ictimaiyyətinə çatdırılması üçtərəfli münasibətlərin inkişafında böyük əhəmiyyət kəsb edir.

Konfransın təşkilatçılarından olan Azərbaycan-Türkiyə iş adamları birilyinin sədri Ahmet Erentok bu tədbirin başlanğıc olduğunu, üç ölkə arasında münasibətlərin hərtərəfli inkişafına böyük təkan verəcyini bildirdi.

XS
SM
MD
LG