Accessibility links

Şiələrin çoxluq təşkil etdiyi Amarah şəhərində bomba hücumları həyata keçirilib


Iraqın şiələrin çoxluq təşkil etdiyi Mayson vilayətinin paytaxtı, İranla sərhəddə yerləşən Amarah şəhərində 3 maşına yerləşdirilimiş bomba partlayışları azı 26 nəfərin ölümünə, 100-dən çox insanın yaralanmasına səbəb olub. Polisin bildirdiyinə görə partlayışlar bir neçə dəqiqə ara verməklə həyata keçirilmişdir. Bomba yerləşdirilimiş maşınların qarajda, dükanın və polis məntəqəsinin yaxınlığında partladıldığı bildirilir. Qeyd edək ki, 8 ay bundan əvvəl Britaniya hərbi qüvvələrinin səlahiyyəti yerli qüvvələrə verməsindən sonra zorakılıqlar daha da artıb.

ABŞ hərbi qüvvələrinin xəbərində isə bildirilir ki, koalisiya qüvvələri tərəfindən 14 terrorçu öldürülüb, 12-i həbs edilib.

XS
SM
MD
LG