Ukrayna prezidenti Viktor Yuşşenko Yuliya Timoşenkonun baş nazirliyə namizədliyini yenidən irəli sürüb. Timoşenkonun parlamentdə keçirilən səsvermədə vəzifə üçün kifayət qədər səs toplaya bilməməsindən sonra, bu gün cənab Yuşşenko Narıncı İnqilab Koalisiyasındakı həmkarını yenidən qeydə alıb. Dünən keçirilən səsvermədə xanım Timoşenko, 450 səsə malik parlamentin 225 üzvünün dəstəyini qazanmışdı. Bu isə onun yalnız bir səslə limiti keçə bilməməsini göstərir. O, siyasi rəqiblərini elektron seçki maşınına müdaxilə etməkdə ittiham edərək, lehinə olan 2 səsin sayılmadığını iddia edir. Prezident Narıncı Koalisiyanın bərpası barədə razılığa gəldikdən sonra Yuliya Timoşenkonun namizədliyini keçən həftə irəli sürmüşdü.