Accessibility links

Mərkəzi Kəşfiyyat idarəsinin rəhbəri Konqresdə sorğu-sual olunub


ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Maykl Heyden terrorizmdə şübhəli bilinən iki şəxsin sorğu-suala çəkildiyi nümayiş etdirilən video-yazıların sıradan çıxarılması ilə bağlı ABŞ Nümayəndələr Palatasında bağlı qapılar arxasında ifadə verir. O, bunu kasetlərin ictimaiyyətin əlinə keçəcəyi və dindirilən şəxslərin kimliyinin açıqlanacağından ehtiyat edilməsi kimi izah etmişdi. Maykl Heyden bu haqda ilk açıqlmanı keçən həftə 2005-ci ildə sıradan çıxarılan kasetlər barədə “New York Times” qəzetinin məlumat yaymasından sonra Mərkəzi Kəşfiyyat Agentliyinin işçiləri və mətbuata verib. O demişdi ki, Nümayəndələr Palatası və Senatın nəzarət komitələrinə saxlanılan və sıradan çıxarılan video-yazılar barədə hesabat verilir. Maykl Heyden dindirilmələrin 2002-ci ildə prezident Buşun suda boğmalar da daxil olmaqla, sorğu-sual metodlarına dair qərarı təsdiq etməsindən sonra lentə alınmağa başladığını bildirib. Tənqidçilər boğma metodunu işgəncə kimi qiymətləndirir. Heyden sorğu-sualların qanuni standartlara uyğun şəkildə keçirildiyindən əmin olmaq üçün bu videolara ehtiyac olduğunu deyib.
XS
SM
MD
LG