Accessibility links

Rusiya və İran Buşehr nüvə elektrik stansiyasının inşasını bərpa edir


Rusiya və İran Buşehrdə İranın ilk nüvə elektrik stansiyasının inişasının başa çatıdırılması haqda razılığa gəliblər. Rusiyanın dövlət Atomstroyeksport şirkətinin başçısı Sergey Şnatko deyib ki, İranla çətin məsələlər həllini tapıb və tərəflər layihənin başa çatdırılması üçün vaxt müəyyən ediblər. Rusiyanın İranın maliyyə haqlarını vaxtında ödəmədiyini deməsi Buşehr nüvə elektrik stansiyasının inşasında ləngiləmələrə səbəb olmuşdu. Lakin Tehran Moskvanın işi siyasi səbəblərə görə ləngitdiyinə inanır. Bu arada, İran və Beynəlxalq Atom enerjisi agentliyi arasında üç günlük danışıqların başa çatdığı xəbər verilir.
XS
SM
MD
LG