Accessibility links

Balidə təşkil edilən iqlim konfransı işini başa vurur


BMT-nin sponsorluğu ilə Balidə təşkil edilən iqlim konfransının iştirakçıları Amerika və Avropanın istixanə qazlarının azaldılmasına dair mübahisələrin həllinə yaxınlaşacaqlarına nikbinliklə yanaşdıqlarını deyirlər. Avropa İttifaqının ətraf mühit naziri Stavros Dimas bu gün işini başa çatdıran konfransın yekun bəyanatının hazırlaması üçün müəyyən nailiyyətlər əldə edildiyini bildirib. BMT-nin baş katibi Ban Ki Mun isə yekun razılaşma əldə edilmədiyinə görə Şərqi Timordan Baliyə qayıdır. Avropa İttifaqı və 190 ölkənin nümayəndə heyətinin iştirakı ilə keçirilən iki həftəlik Bali konfransı istixanə qazlarının 25-lə 40 faiz arasında azaldılmasını qarşıya məqsəd qoyub. ABŞ, Yaponiya və Kanada bunun əleyhinə çxış edir.

XS
SM
MD
LG