Accessibility links

Pakistan ölkənin nüvə arsenalına nəzarəti gücləndirəcək


Pakistan prezidenti Pərviz Müşərrəf ölkənin nüvə arsenalına hökumət nəzarətini daha da gücləndirib. Beynəlxalq ictimaiyyət bu silahların terrorçuların əlinə keçə biləcəyindən narahatlıq keçirir. Bugünkü toplantı zamanı cənab Müşərrəf ölkənin Milli Rəhbərlik İdarəsinə nüvə texnologiyalarının istehsalı, araşdırması və prosesinə dair nəzarəti artırmaq barədə tapşırıq verib. Pakistan ordusu ölkənin nüvə fəaliyyətləri ilə bağlı beynəlxalq mətbuatda düşmən kampaniyaların olduğunu vurğulayıb. Yayılan bu açıqlamada deyilir ki, Pakistanın nüvə arsenalı təhlükəli deyil.
XS
SM
MD
LG