Accessibility links

Pakistanda bir nəfər quş qripi səbəbilə həlak olub


Pakistanın səhiyyə rəsmiləri ölkədə quş qripindən ilk ölüm halını qeydə alıblar. Pakistan Səhiyyə Nazirliyi bildirir ki, ölən şəxs Əfqanıstanla sərhəd yaxınlığındakı Şimal Qərb Sərhəd vilayətində ev quşları fermasında işləyirdi. Rəsmilər mərhumun qardaşının da bu yaxınlarda vəfat etdiyini deyirlər. Ancaq onun hansı xəstəlik səbəbilə öldüyü hələlik yoxlanmayıb. Nazirlik ən azı 5 nəfərin də H5N1 virusuna yoluxmasını təsdiq edib. Qeyd edək ki, bu virus Quş qripinə yoluxduran infeksiyadır. Ölüm hallarının hamısı ölkənin Şimal Qərb Sərhəd vilayətində qeydə alınıb. Dünya səhiyyə təşkilatının hesabatında 2003-cü ildən bəri 200-dən çox insanın quş qripi səbəbilə öldüyü bildirilir.
XS
SM
MD
LG