Accessibility links

Liviya liderinin Fransaya səfəri başa çatdı


Liviya lideri Müəmmər Qəzzafi Fransaya beş günlük mübahisələr doğurmuş səfərini başa çatdıraraq İspaniyaya yola düşüb.

Fransaya beş günlük rəsmi səfəri zamanı cənab Qəzzafi prezident Nikola Sakozi tərəfindən çox yüksək səviyyədə qarşılanıb. Fransa xəbər agentliyi hava limanının rəsmilərinə istinadən bu gün xəbər verib ki, Fransa respiblika qvardiyasının fəxri qarovulu yerə döşənmiş qırmızı xalı üzərilə gedən polkovnik Qəzzafini salamlayıb.

Fransada olduğu müddətdə Liviya lideri parlamentində çıxış edib, rəsmi şam ziyafətində iştirak edib və Versal sarayında olub. Parlamentin bir neçə üzvü Qəzzafinin parlamentəki çıxışını boykot edib.

Liviya və Fransa liderləri bir neçə milyard dollarlıq müqavilələr imzalayıblar. Bununla belə, Müəmmar Qəzzafinin Fransada yüksək səviyyədə qarşılanması ictmaiyyətin kəskin tənqdilərinə səbəb olub.

Cənab Sarkozinin kabinetinin iki naziri, o cümlədən, Xarici İşlər naziri Bernard Kuşner Liviya liderini tənqid edib. Bu isə öz növbəsində, Liviyanın Xarici İşlər Naziri Əbdürrəhman Şalgamın kəskin cavabına səbəb olub. O, cümə günü keçirdiyi mətbuat konfransında deyib ki, Liviyaya səfər edib ölkə rəsmilərilə nahar edən cənab Kuşnerin indi tonunu dəyişməsindən təəccülənib.

Xarici İşlər naziri Kuşner belə görünür, əvvəlki qeydlərini bir qədər yumşaldıb. O, qanunvericilərə deyib ki, rəsmi Paris terrorizmi qınayan və beynəlxalq ictimaiyyətə qoşulmaq istəyən Liviya kimi ölkələri alqışlamalıdır.

Tənqidçilər terrorizmə dəstək vermək və Liviyada insan hüquqlarının vəziyyəti kimi məsələləri göstərərək, cənab Qəzzafinin əvvvəlki imicini önə çəkiblər.

XS
SM
MD
LG