Dünya Səhiyyə Təşkilatı tibbi heyətini Pakistana göndərib. Heyət ölkədə quş qripinə yoluxmaqda şübhəli bilinən 8 nəfəri müayinə edəcək. Təşkilatın sözçüsü Qreq Hartl bildirib ki, həkimlər Pakistanda quş qripindən ilk ölüm faktının qeydə alınmasından sonra, virusun insandan insana keçə bilmə mümkünlüyünü araşdıracaqlar. Ölkədə eyni ailədən ən azı 5 nəfər bu virusa yoluxub. Pakistanın səhiyyə rəsmiləri ölkədə quş qripindən ilk ölüm halını dünən qeydə almışdılar. Ölən şəxs Şimal Qərb Sərhəd vilayətində ev quşları fermasında işləyirdi. Mərhumun qardaşı da vəfat edib. Ancaq onun hansı xəstəlik səbəbilə öldüyü hələlik yoxlanmayıb. 3-cü qardaş isə H5N1 virusu yoxlanışından müsbət cavab alıb.