Accessibility links

İspaniyada məhkəmə binası qarşısında partlayış olub


İspaniyanın Bask regionunun məhkəmə binası qarşısında bomba partlayıb. Məlumatlara görə, partlayış nəticəsində xəsarət alan olmayıb. Bask polisi Sestao şəhərində baş vermiş bugünkü partlayışdan öncə ETA separatçı qrupundan xəbərdarlıq zəngi aldığını deyib. Partlayışdan qabaq polis ərazini təmizləməyə müvəffəq olub. Yaxınlıqdakı bir neçə binaya ziyan dəyib. ETA bu yaxınlarda Fransada öldürülən iki ispan polisin qətlinin məsuliyyətni üzərinə götürmüş və İspaniyanın təhlükəsizlik qüvvələrinə hücumlar edəcəyi barədə xəbərdarlıq vermişdi. Separatçı qrup 1960-cı ildən bəri 800-dən çox adam öldürüb. Onlar Bask vilayətinin Fransa və İspaniyadan müstəqillik almasını istəyirlər.
XS
SM
MD
LG