Accessibility links

Bəsrənin nəzarəti İraq qüvvələrinə verildi


Böyük Britaniya Bəsrə vilayətinin səlahiyyətini İraqı qüvvələrinə həvalə edib. Beləliklə Britaniya İraqdan qüvvələrinin geri çəkilməsində mühüm addım atmış olur. Britaniya qüvvələrinin komandiri general-mayor Graham Binns və Bəsrənin qubernatoru Məhəmməd Moşab Əl-Veyli bu gün səlahiyyətlərin təhvili barədə sənəd imzalayaraq, vilayətin nəzarətini rəsmən İraq qüvvələrinə verib. Qeyd edək ki, Bəsrə Britaniya hərbi qüvvələrinin nəzarəti altında olan dördüncü və sonuncu vilayət idi. Bu həm də koalisiya qüvvələrinin İraqın təhlükəsilzik qüvvələrinə təhvil verəcəyi 18 vilayətdən doqquzuncusudur.

XS
SM
MD
LG