Accessibility links

ABŞ Türkiyəni İraq hökuməti ilə əməkdaşlığa çağırır


Türk hava qüvvələrinin Kürd qiyamçı hədəflərinə zərbə endirməsindən sonra ABŞ Türkiyə və İraq hökumətləri arasında əməkdaşlığın gücləndirilməsinə çalışır. ABŞ Dövlət Departamenti spesifik olaraq Türkiyənin hava zərbələrinə münasibət bildirməkdən imtina edib. Bu ötən illərdə kürd qiyamçı istehkamlarına ən irimiqyaslı hücum hesab edilir. Departamentin sözçüsü Tom Keysi inandığını bildirib ki, Kürdüstan Fəhlə Partiyası PKK-nın militantlarına dözüm nümayiş etdirmək olmaz. Eyni zamanda Keysi bütün hökumətləri öz hərəkətlıirini bir-biri ilə koordinasiya etməyə çağırıb. İraq Türkiyənin hərbi əməliyyatını ölkə suverenliyinə hücum kimi qiymətləndirib. Türk rəsmiləri isə hava zərbələrinin endirilməsi üçün ABŞ-dan kəşfiyyat məlumatları alındığını və Amerikanın İraq səmasını Türk təyyarələrinə açdığını önə çəkib.

Amerikanın Səsinin Türk xidmətinə müsahibə verən ABŞ-ın Ankaradakı sabiq səfiri Mark Parris son əməliyyatları Noybarın əvvəllərində Ağ Evdə baş nazir Rəcəb Təyyib ərdoöanla prezident Buş arasındakı anlaşmanın məhsulu sayır. “Zənnimcə bu əməliyyatlar Ağ Evdəki görüşün nəticəsidir. Nəzərə aldıqda ki, Şimali İraqın hava hüdudlarına ABŞ nəzarət edir, heç bir şübhə yoxdur ki, Vaşinqton bu əməliyyatdan xəbərdar olub,” deyə cənab Parris bildirir.

Səfir Parris Buş Ərdoğan görüşünün Türkiyə-Amerika münasibətlərində yeni era başlatdığını düşünür. Onun fikrincə ötən həftə və ondan əvvəlki əməliyyatlar indiyədək Türkiyə ilə ABŞ arasındakı görünməmiş iş birliyinin bəhrələridir. O, bu əməliyyatların lazım olan səviyyədə və müddətdə davam edəcəyini bildirmiş və Türkiyə silahlı qüvvələrinin vəzifənin öhdəsindən gəlmə qabiliyyətinə malik olduğunu vurğulamışdır. Mark Parris əlavə edib ki, o, Türkiyənin əməliyyatın miqyasını çox genişləndirəcəyini zənn etmir, bununla belə bütün imkanlar masa üzərində qalır.

Bu arada BMT Qaçqınlar Agentliyi Türk hərbi qüvvələrinin şimali İraqa zərbələri nəticəsində evlərindən didərgin düşümüş 1800 mülki vətəndaşın talyeindəın narahat olduğunu bildirib. Agentlik hazırda həmin bu şəxslərə yardım payladığını məlumat verir. Agentliyin sözçüsü Genderen Stortun dediyinə görə 10 kənd minamyot atəşlərinə məruz qalıb.

XS
SM
MD
LG