Accessibility links

Yuliya Timoşenkonun baş nazir vəzifəsi təsdiq edildi


Ukrayna parlamenti Yuliya Timoşenkonu ölkənin yeni baş naziri vəzifəsinə təsdiq edib. Xanım Timoşenko bu gün 450 səsdən minimum 226-nı qazanaraq, baş nazir olub. Cəmi bir həftə öncə xanım Timoşenko bir səslə səsverməni uduzmuşdu. O, tərəfdarlarının ona verdiyi iki səsin sayılmadığını iddia edərək siyasi rəqiblərini elektronik səsvermə maşınına müdaxilə etməkdə günahlandırmışdı.

Qərbyönümlü müxalifət partiyaların liderləri Narıncı İnqilab koalisiyasını bərpa etməyə razılaşdıqdan sonra prezident Viktor Yuşçenko xanım Timoşenkonun baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

XS
SM
MD
LG