İsrailin hava qüvvələrinin əməliyyatları fələstinlilərin raket atəşinə qarşı keçirilib. Həmasın bildirdiyinə görə, İsrailin qırıcı təyyarələrinin İslamçı yaraqlı qrupun mövqeyini atəşə tutması nəticəsində bu gün qrupun iki üzvü həlak olub. Bundan əvvəlki üç hava hücumu zamanı Qəzza şəhəri və şimali Qəzzada Radikal İslamçı Cihad qrupunun üzvləri də öldürülüb. Öldürülənlər arasında qrupun yüksük rütbəli komandiri də olub. İsrail ordusunun bildiriyinə görə, komandir Məcid Harazin Qəzzadan İsrailə raket hücumları təşkil edirmiş. Cihad qrupu İsraili hava hücumlarının cavabında ithiharçı hücumlarla hədələyib.
İsrailin İordan Çayının Qərb Sahilində keçirdiyi digər əməliyyat zamanı bir yaraqlı öldürülüb.