Accessibility links

ABŞ İraqın lazımi siyasi və iqtisadi addımlar atmadığını deyir


ABŞ Müdafiə Nazirliyinin İraqla bağlı yeni hesabatında deyilir ki, son üç ayda zorakılıqların azalmasına baxmayaraq İraq hökuməti nailiyyətləri əldə saxlamaq üçün lazımi siyasi və iqtisadi addımlar atmayıb. Pentaqonun rüblük hesabatında İraq qüvvələrinin sayının və qabiliyyətinin artdığı, lakin onların hələ də ABŞ-dan təlim və təchizat üçün asılı olduğu qeyd edilir. Hesabatda xəbərdarlıq edilir ki, İran İraqda şiə militantlarına təlim və dəstək verməkdə davam edir. Lakin İrandan göndərilən zirehdeşən bombaların sayının azalması haqda açıqlama verilmir. ABŞ İranı qiyamçı qüvvələrin başlıca təchizatçısı və maliyyəçisi kimi dəyərləndirir.
XS
SM
MD
LG