Accessibility links

Pakistanda baş verən qatar qəzası onlarla insanın ölümünə səbəb olub


Pakistan rəsmilərinin bildirdiyinə görə, bu gün ölkənin cənubunda adamla dolu qatarın qəzaya uğraması azı 56 nəfərin ölümünə, 120-dən çoxunun yaralanmasına səbəb olub. Xilasedici dəstələr kəsici alətlərdən istifadə edərək, sağ qalan insanları vaqonlardan çıxarmağa çalışırlar. Qəzanın sərnişinlərin çoxunun Eid Əl-Ədha - Qurban bayramını qeyd etmək üçün evlərinə yollandığı vaxt Karaçı şəhərindən Lahora gedən qatarda, 16 vaqondan 12-i Mehrabpur yaxınlığında dəmir yolundan çıxması nəticəsində baş verdiyi deyilir.

Bu arada isə Pakistan polisi bildirib ki, bu gün Balucistan vilayətində uzaq məsafədən idarə edilən cihazdan istifadə edilərək yol kənarına yerləşdirilimiş bomba partlayışı 2 nəfərin ölümünə, azı 5 nəfərin yaralanmasına səbəb olub.

XS
SM
MD
LG