Accessibility links

İrana qarşı yeni sanksiyaların tətbiqi məsələsinin müzakirəsinə başlanıb


BMT-nin Təhlükəsizilk Şurasının beş daimi üzvü və Almaniya İrana qarşı nüvə proqramlarına görə yeni sanksiyaların tətbiqi məsələsinin müzakirəsinə başlayıb. ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Nikolos Börnsın konfransa rəhbərlik etdiyi bildirilsə də, müzakirələrin təfərrüatı haqda məlumat verilməyib. Bu arada Rusiyanın İranda nüvə stansiyası tikən inşaat şirkəti obyektin 2008-ci lin sonunasək işə salınmayacağını bildirir. ATOMSTROİEKSPORT şirkətinin direktoru Sergey Şmatkonun dediyinə görə, Buşeht atom elektrik stansiyasının inşası o vaxta qədər davam edəcək. Bu həftə Rusiya istifadə edildikdən sonra Rusiyaya qaytarılmaq şərti ilə Buşehr obyektinə yanacaq göndərməyə başlayıb.

XS
SM
MD
LG