Accessibility links

Rusiya Kosovonun tanınmasına mane olacaq


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın BMT-dəki səlahiyyətlərindən istifadə edərək, Qərbin Kosovonun müstəqilliyini tanıması planına mane olacağını deyib. BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü və veto hüququna malik olan Rusiyanın xarici işlər naziri bunu qəzetə verdiyi müsahibəsi zamanı bildirib. Qeyd edək ki, Serbiyadan ayrılmaq istəyən Kosovonun təktərəfli müstəqilliyini Qərbin rəsmən tanıyacağı gözlənilir. Çərşənbə günü BMT-nin Təhlükəsizlik Şurası tam müstəqillik tələb edən Kosovo albanları ilə bunu rədd edən Belqrad arasında fikir ayrılıqlarını aradan qaldırmağa nail olmamışdı.

XS
SM
MD
LG