İraqın nüfuzlu şiə lideri Əl Qaidə yaraqlıları ilə mübarizə aparan, ABŞ-ın dəstəklədiyi yerli sünni qrupların fəaliyyətlərinə nəzarət edilməsinə çağırıb. Bağdad hökumətində ən böyük şiə partiyası İraq Ali İslam Şurasının rəhbəri Əbdul Əziz əl-Hakim zorakılıqların kəskin şəkildə azalmasında sünnilərin nəzarət etdiyi qrupların rolunu yüksək qiymətləndirib. Ancaq o, bu qrupların hökumətlə kordinasiyada işləməli olduğunu vurğulayıb. Əl-Hakimin sözlərinə görə, qruplar terrorizmlə mübarizədə hökumətin əvəzləyicisi yox, onun sağ qolu olmalıdır. İraqda alınan başqa bir xəbərdə deyilir ki, Avstraliyanın yeni baş naziri Keyvin Rud iraqlı həmkarı Nuri Əl Maliki ilə qörüşmək üçün Bağdada gedəcəyini açıqlayıb.