Accessibility links

İsrailin infrastruktur naziri Həmasın təklifinin nəzərdən keçirilməsinə çağırıb


İsrailin infrastruktur naziri Benyamin Ben-Elizer Fələstinin Həmas qrupunun atəşkəs təklifinin nəzərdən keçirilməsinə çağırıb. İsrail radiosu ilə çxışı zamanı nazir bildirib ki, Həmas uzunmüddətli atəşkəs təklif edirsə, İsrail onunla danışıqlar aparmalıdır. Lakin o deyib ki, Həmas silah qaçaqmalçılığına son qoymalı və keçən il Qəzza sərhədlərində ələ keçirilən İsrail əsgərlərinin azadlığa buraxılmasına dair danışıqlara hazır olmalıdır. Xatırladaq ki, İsraillə atəşkəs barədə danışıqlar təklifini Həmas lideri İsmayıl Haniye irəli sürmüşdü. İsrailin baş naziri Ehud Olmert idarəsi isə təklifi rədd edir.

XS
SM
MD
LG