Accessibility links

Tailandda ümummilli seçkilər keçirilir


Tailandda seçicilər ötən ilin hərbi çevrilişindən bəri ilk dəfə olaraq ümummilli seçkilərdə səs verirlər. 39 partiyadan 5 minə yaxın namizəd yeni parlamentdə 480 yer uğrunda mübarizə aparırlar. Baş nazir uğrunda yarışda ön sıralarda sabiq parlament üzvü Abhisit Vecaciva gedir. Onun rəhbərlik etdiyi Demokrat Partiyasının seçkilərdə çoxluğu qazanacağı gözlənilir. Onun ən güclü rəqibi sabiq Banqkok qubernatoru, senator və televiziya mətbəx şousunun aparıcısı Samak Sundravecdir. Cənab Sundravecin Xalq Qüvvəsi Partiyası mühacirətə getmiş sabiq baş nazir Taksin Şinavatranın Tay Rak Partiyası əsasında yaradılıb.
XS
SM
MD
LG