Tailandda ötən ilin hərbi çevrilişindən bəri ilk dəfə keçirilən ümummilli seçkilərin ilkin nəticələrinə görə, devrilmiş baş nazir Taksin Şinavatranın müttəfiqləri parlamentdə yerlərin böyük hissəsini əldə ediblər.
Yerli mətbuatın açıqladığı qeyri-rəsmi nəticələrdə Xalq Qüvvəsi Partiyasının bugünkü seçkilərdə 230-dan çox yer əldə etdiyi göstərilir. Partiyanın lideri Samak Sundaravec rəhbəri olduğu partiyanın yerlərin böyük bir hissəsini ələ keçirdiyini bildirib və başqa partiyaları koalisiya hökumətinə qoşulmağa çağırıb.