Accessibility links

Nepalda körpünün uçması nəticəsində insanlar çaya tökülüb


Nepalın qərbində körpünün uçması nəticəsində ən azı 6 nəfər həlak olub. Onlarla insan itkin düşüb. Yerli polisin bildirdiyinə görə, Surket rayonundakı Beri çayı üzərindəki körpü uçan zaman, körpüdən dini mərasimə gedən 300 adam keçirmiş. Çaya tökülən insanların bəzisi təhlükəsiz yerə üzməyə müvəffəq olublar. Ancaq çay axının çoxsaylı insanı apardığı deyilir . Hadisə yerinə xilasedici dəstələr göndərilib.
XS
SM
MD
LG