Accessibility links

Tailand seçkilərinin son nəticəsi açıqlanıb


Bazar günü Tailandda keçirilən ümummili seçkilərin son nəticələrinə görə, devrilmiş baş nazir Taksin Şinavatranın müttəfiqləri kiçik üstünlüklə qələbə çalıb. Seçki rəsmiləri bu gün bildiriblər ki, 480 yerlik parlamentdə Tailand Xalq partiyası 233 üzvlə təmsil olunacaq. Rəqib Demokrat Partiyasının 165 yerə sahib olduğu bildirilir. 3-cü yerdə isə 37 yer əldə etmiş Tailand Sxemi Partiyasıdır. Seçkiləri Honq Konqdan izləyən cənab Taksin jurnalistlərə açıqlaması zamanı fevral ayına kimi Tailanda qayıtmaq istədiyini bildirib. O, vətənə qayıdacağı təqdirdə, siyasətdən uzaq qalacağını deyib. Sabiq baş nazirin sözlərinə görə, o, hərbi hökumətin ona qarşı korrupsiya ittihamlarının qurbanı olduğunu sübut etmək istəyir.

XS
SM
MD
LG