Accessibility links

İraqın şimal bölgəsindəki PKK mövqeləri hücuma məruz qalıb


Türkiyənin qırıcı təyyarələri İraqın şimal bölgəsindəki kürd döyüşçülərinin mövqelərini son 5 gün ərzində 4 dəfə hücuma məruz qoyub. Tələfat haqda məlumat verilmir. Türkiyə ordusunun bildirdiyinə görə döyüş təyyarələri Dahuk vilayətindəki 8 mağaranı hədəf alıb. Belə ki, həmin mağaraların PKK yaraqlılarının gizləndiyi yer olduğu deyilir. Ordu bundan əlavə PKK döyüşçülərinə qarşı Türkiyə daxilində və sərhəd bölgələrdə hücumların davam etdiriləcəyini bildirir. Türkiyə mətbuatı prezident Abdulla Gülə istinadən bildirib ki, Ankara və Vaşinqton PKK-ya qarşı mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı əməkdaşlıqdan razıdır. Ağ Evin sözçüsü Skot Stanzel bir daha ABŞ-ın PKK-nı terrorçu qrup hesab etdiyini təkrar edib. Lakin o, Buş administrasiyanı Ankaranın bu əməliyyatlarının mülki vətəndaşlar arasında tələfata səbəb ola biləcəyindən narahat etdiyini deyib.

XS
SM
MD
LG