Accessibility links

İsrail və Fələstin liderləri sülh danışıqlarını davam etdirirlər


Israilin baş naziri Ehud Olmert və fələstinlilərin prezidenti Mahmud Abbas bu gün Qüdsdə görüşərək, Yaxın Şərq sülh danışıqlarında irəliləyiş əldə etməyə çalışmışlar. Qeyd edək ki, keçən ay Birləşmiş Ştatların sponsorluğu ilə keçirilən Annapolis sülh konfransında hər iki tərəf danışıqları bərpa etməyə söz vermişdi. İsrail sözçüsü Mark Regev görüşdən əvvəl müxbirlərə deyib ki, bugünkü danışıqların məqsədi ortaq zəmin əldə etməkdir. Cənab Abbasın bu danışıqlar zamanı İsraili işğal etdiyi bütün ərazilər və Qüds ətrafında tikintiləri dayandırmağa çağıracağı gözlənilir.

Görüşdən bir gün əvvəl ABŞ dövlət katibi Kondaliza Rays prezident Abbasa zəng edərək, Birləşmiş Ştatların bu danışıqlarda onu dəstəklədiyini deyib.

XS
SM
MD
LG