Accessibility links

Türkiyə prezidenti gələn ay Vaşinqtona gəlir


Ağ Evin bildirdiyinə görə, Türkiyə prezidenti Abdulla Gul prezident qismində Vaşinqtona ilk rəsmi səfərinə gələcək. Səfərin məqsədi İraqın şimalındakı kürd yaraqlılarına qarşı mübarizə barədə danışıqlar aparmaqdır. Ağ Ev sözçüsü Skot Stanzelin sözlərinə görə, prezident Buş Türk həmkarını yanvarın 8-də qəbul edəcək. O deyib ki, iki lider Əfqanıstan İraq və Türkiyənin Avropa Birliyinə qoşulmaq cəhdləri kimi bəzi narahatlıqları müzakirə edəcək. Ancaq əsas müzakirə mövzusunun kürd yaraqlıları üzərində cəmləşəcəyi gözlənilir.
XS
SM
MD
LG