Accessibility links

İordan çayının qərb sahilində 2 islailli gənc öldürülüb


İsrail rəsmilərinin bildirdiyinə görə, İordan çayının qərb sahilindəki Hebron şəhəri yaxınlığında 2 israilli öldürülüb. Ölkə polisi və xilasetmə xidməti bildirir ki, 20 yaşlarında olan 2 nəfər yaxınlıqdakı təpəlikdə gəzərkən güllə ilə vurulublar. Fələstin təhlükəsizlik rəsmiləri atəş açılmasını təsdiq edib. Ancaq onlar insidentin hansı səbəbdən başlanmasının hələlik aydın olmadığını deyiblər. Ramallahda baş verən başqa bir hadisə zamanı İsrail ordusu Fələstin milli qvardiyasının üzvünü öldürüb. İsrail tərəfi deyib ki, fələstin müzakirəçilərinin rəhbəri Əhməd Qureinin mühafizəçisi onu həbs etməyə çalışan əsgərə atəş açdıqdan sonra qətlə öldürülüb.
XS
SM
MD
LG