Accessibility links

Gürcüstanlı bizinesmen seçkilərə bir gün qalmış prezidentliyə namizədliyini geri götürəcək


Gürcüstan biznesmeni və prezidentliyə namizədin tərəfdarları deyirlər ki, o, öz namizədliyini Yanvarın 5-də keçiriləcək seçkilərə bir gün qalmış geri götürəcək. Badri Patarkatsişvili öz məramını cümə axşamı, ölkə telekanallarında onun Daxili İşlər Nazirliyi rəsmisinə rüşvət təklif etməsini nümayiş etdirdikdən sonra açıqlayıb. Lakin bu gün Patarkatsişvilinin kampaniya meneceri Georgi Jvaniya deyib ki, xahiş rəsmən yanvarın 4-də təqdim olunacaq. Onun sözlərinə görə, o vaxtadək kampaniya davam edəcək. Videokasetdə Patarkatsişvilinin polis əməliyyatları rəhbəri İrakli Koduaya müxalifət nümayişçilərini dağıtmamaq əvəzində 100 milyon dollar təklif etməsi göstərilir.
XS
SM
MD
LG