Accessibility links

Belarus prezidenti ABŞ səfirini ölkədən çıxaracağı ilə hədələyib


Belarus prezidenti Aleksandr Luşakenko Birləşmiş Ştatlar keçmiş sovet respublikasına daha artıq sanksiyalar tətbiq etsə, ABŞ-ın səfirini ölkədən çıxaracağı ilə hədələyib. Onun Belarusun da Vaşinqtona qarşı addımlar ata biləcəyini dediyi xəbər verlilir. Birləşmiş Ştatlar Belarus rəsmilərinin ABŞ-a səfərl etməsinə qadağa və dövlət neft şirkətinə qarşı ölçülər kimi sanksiyaları artıq tətbiq edib. ABŞ-ın Belarusdakı səfiri Karen Stuart bu ayın əvvəli demişdi ki, siyasi məhbusları azad etmək və demokratik azadlıqlara imkan verməkdən imtina etdiyinə görə, Birləşmiş Ştatlar Belarusa qarşı yeni sanksiyalar tətbiq edə bilər.
XS
SM
MD
LG