Accessibility links

Pakistan Xalq Partiyası Benəzir Bhuttonun oğlunu partiyaya lider seçib


Pakistanın qətlə yetirilmiş müxatifət lideri Benəzir Bhuttonun siyasi partiyası onun oğlu və həyat yoldaşını partiyanın yeni lideri seçib. Pakistan Xalq Partiyasının rəsmilərinin sözlərinə görə, Bhuttonun 19 yaşlı oğlu Bilaval partiyanın sədri, sabiq baş nazirin həyat yoldaşı isə həmsədr təyin edilib. Bu arada Pakistanda hakimiyyətdə olan partiyanın yüksək vəzifəli rəsmisinin sözlərinə görə, yanvarın 8-də keçirilməsi planlaşdırılan parlament seçkiləri bir neçə ay yubana bilər. Pakistan Müsəlman Liqasından Tariq Əzim seçkilərin 12 həftə gec keçirilməsinin gözlənildiyini deyib. Müxalifət lideri Benazir Bhuttonun sui-qəsd nəticəsində ölməsindən sonra, ölkədə hərc-mərclik baş vermişdi. Pakistanın Seçki Komissiyasının bazar ertəsi günü növbədənkənar iclas çağıracağı gözlənilir. İclasda seçkilərin keçirilmə vaxtının müəyyən olunacağı ehtimal edilir. Bununla yanaşı, müxalifət lideri Nəvaz Şərifin siyasi partiyasından bildiriblər ki, xanım Bhuttonun partiyası seçkilərdə iştirak edəcəyi təqdirdə onlar səsverməni boykot etmək barədə qərarlarını yenidən nəzərdən keçirəcəklər.

XS
SM
MD
LG