Accessibility links

Keniyada seçkilərdən sonrakı nümayişlər zamanı 100 adam ölüb


Keniyada ziddiyyətli prezident seçkilərinin ardınca ölkədə 100-dən çox adam ölüb. Hadisələr prezident Mvai Kibakinin qələbəsini qəbul etməyən müxalifətin etiraz aksiyaları zamanı baş verib. Şahidlərin sözlərinə görə, Kisumu şəhərində bu gecə baş verən zorakılıqlar zamanı 40 nəfər həlak olub. Bəzi məlumatlara görə isə, keçən həftənin çərşənbə axşamı günündən bəri ölənlərin sayı 124-dür. Nayrobidə polislə nümayişçilər arasında münaqişə davam edir. Təhlükəsizlik qüvvələri digər şəhər və rayonlara da cəlb olunub. Hökumət tele-radio şirkətlərinin yayımına qadağa qoyub. Odinqo və tərəfdarları, onu “xalqın prezidenti” elan etmək üçün bu gün Nayrobinin "Uhuru – Azadlıq" meydanında yürüş keçirməyi planlaşdırırlar.

XS
SM
MD
LG