Accessibility links

Pakistanda parlament seçkiləri ən azı 4 həftə gecikəcək


Pakistanın hökumət rəsmilərinin bildirdiyinə görə, ölkədə parlament seçkilərinin keçirilmə vaxtı, müxalifət lideri Benazir Bhuttonun ölümü ilə əlaqədar guman ki, bir neçə həftə gecikəcək. Xanım Bhuttonun qətlə yetirilməsindən bəri zorakılıqlar nəticəsində 44 nəfərin ölməsinə baxmayaraq, əsas müxalifət partiyaları seçkilərin planlaşdırıldığı vaxt – yanvarın 8-də keçirilməsini tələb edirlər. Ancaq Pakistan Seçki Komissiyasından rəsminin sözlərinə görə, çox guman ki, seçkilər ən azı 4 həftə ləngiyəcək. Son qərar isə sabah Seçki Komissiyasının iclasında qəbul olunacaq. Sabiq baş nazir və müxalifət liderləri Nəvaz Şərif və xanım Bhuttonun Pakistan Xalq Partiyası heç bir ləngiməni qəbul etməyəcəklərini bildiriblər. Cənab Şərif Lahor şəhərində təşkil etdiyi mətbuat konfransında Prezident Pərviz Müşərrəfin Pakistanda baş verən bütün dəhşətli hadisələrdə məsuliyyət daşıyan yeqanə insan olduğunu irəli sürərək onu istefaya çağırıb.
XS
SM
MD
LG