Accessibility links

Qərb Keniyaya diplomatik təzyiq göstərir


Qərb ölkələri Keniyada seçkilərdən sonrakı zorakılıqlar zamanı ölüm hallarının sayı artdıqca hökumətə diplomatik təzyiqlər göstərirlər. ABŞ və Avropa Birliyi səslərin hesablanması ilə bağlı narahatlığını dilə gətirib. Hazırda Keniya Seçki Komissiyasının bəzi üzvləri nəticələrin müstəqil araşdırılmasına çağırır. Müxalifət namizədi Rayla Odinqo və onun partiyası Mvai Kibakinin prezidentiliyinin təmin olunması üçün prezident seçkilərinin nəticələrinə müdaxilə edildiyini bildirib. Son bir neçə gün ərzində polislə nümayişçilərin toqquşmaları zamanı ən azı 150 nəfər həlak olub. Morq işçilərinin sözlərinə görə, Kisimu şəhərinin küçələrində 100-dən çox cəsəd var.
XS
SM
MD
LG