Accessibility links

Banqladeşdə quş qripi səbəbilə 20 min quş məhv edilib


Banqladeş rəsmiləri hökumətin nəzarətində olan quşçuluq fermasında quş qripi qeydə alınandan sonra 20 minə yaxın quş məhv edilib. Rəsmilərin sözlərinə görə, öldürücü H5N1 virusuna son yoluxma paytaxt Dəkkənın civarında Mirpur fermasında qeydə alınıb. Banqladeşdə quş qripinə ilk yoluxma 2007-ci ilin mart ayında dövlətin idarəçiliyində olan fermada aşkar olunmuşdu. O vaxtdan bəri hökumət 300 minə yaxın quşu məhv edib. Hələlik insanın bu virusa yoluxması qeydə alınmayıb. Rəsmilərin sözlərinə görə, Banqaladeşdə 150 min quşçuluq ferması var.
XS
SM
MD
LG