İraq paytaxtı Bağdadda dəfn mərasimi zamanı intiharçı hücumu nəticəsində 30 nəfər həlak olub, 40 nəfərsə yaralanıb. Polisin bildirdiyinə görə, bu günkü partlayış Bağdadın şiə və sünnilərin birgə yaşadığı rayonunda baş verib. Hücum ABŞ-ın son altı ayda İraqda zorakılıqların azaldığını bildirən hesabatından sonraya təsadüf edib. Birləşmiş Ştatlar komandirləri deyir ki, İyun ayından bəri ölkədə hücumlar 60 faiz azalıb. Azalmaya baxmayaraq İraqda müharibə başalayandan 2007-ci il ABŞ-ın əsgərlərinin ölkədə ən çox həlak olduğu ildir. Bu ilin may ayı ərzində İraqda 126 ABŞ əsgəri həlak olub. Bundan sonra isə ölən ABŞ hərbçilərinin sayı azalmağa başlayıb və dekabr ayında onların sayı 21-ə enib.