Accessibility links

Sabah ABŞ-da ilkin seçkilər başlayır


Demokrat və Respublikaçıların prezidentliyə namizədləri bu gün, ilkin seçkilərə bir gün qalmış, Ayova ştatında son təbliğat kampaniyaları keçirirlər. Demokratlar tərəfdə mübarizə əsasən senatorlar Hillari Kliton, Barak Obama və sabiq senator Con Edvards arasında gedir. Bir qəzetin sorğusunu çıxmaq şərtilə, son bir neçə sorğu göstərir ki, bu üçlük arasında Ayovada senator Obama öndədir. O, və xanım Klintonun bu gün axşam Ayova televiziyasında 2 dəqiqəlik tele-müraciət edəcəyi gözlənilir. Respublikaçılar tərəfdə isə Ayovada Arkansasın sabiq qubernatoru Mayk Hakabi və Mit Romni əsas üstünlüyü əllərində saxlayırlar. Hakabi dini konservativlərdən dəstək alanadək, Romni bu ştatda böyük üstünlüyə malik idi.
XS
SM
MD
LG